N.Əliyevin sözlərinə görə, Cənub Qafaz Boru Kəməri ilə bağlı işlərin də çox hissəsi bitib: "Son bir ildə Cənubi Qafqaz Boru Kəməri üzrə boruların 20%-i artıq inşa edilib. Gürcüstanda kompressor stansiyalarının quraşdırılmasına başlanılıb. Biz də, BP də dəfələrlə elan etmişik ki, işlər qrafikdən daha sürətlə gedir".
"Həmçinin, TANAP layihəsi üzrə işlərin çox hissəsi görülüb. Boruların gətirilməsi başa çatıb. Hər üç lot üzrə boruların qaynağına başlanılıb. TAP layihəsi üzrə də hökumətlərlə sənədlər imzalanıb. Düzdür, bəzi lokal problemlər yaranmışdır. Lakin onlar da həll edilir. Bizə önəmli olan ətraf mühitə təsirlə bağlı sənəd idi ki, o da artıq imzalanıb. Məşvərət Şurasının iclasında gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılmasını müzakirə edəcəyik", - deyə nazir vurğulayıb.