"Siqaret və qəlyandan istifadə etmə - SAĞLAM YAŞA!" layihəsinə start verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günay Bağırlı tərəfindən "Siqaret və qəlyandan istifadə etmə - SAĞLAM YAŞA!" layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Ucar rayonunun Bərgüşad kəndində 1 saylı orta məktəbdə tədbir keçirilib.

Tədbirdə siqaret və qəlyanın insan sağlamlığına ziyanından və bununla mübarizədən bəhs edilib. Layihə çərçivəsində gənclərə siqaretin və qəlyanın zərərli tərəfləri barəsində məlumat verilib, siqaret və qəlyanın insan sağlamlığına vurduğu ziyan barəsində gənclər arasında maarifləndirmə işi aparılıb. Şagirdlər siqaretin nəinki ondan istifadə edənə, eyni zamanda siqaretdən istifadə edən şəxsin yaxın ətrafına mənfi təsiri ilə bağlı da məlumatlandırılıblar.

Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR