A–
Bakı, 1 fevral, Elmir Muradov, AZƏRTAC
Son zamanlar dəm qazından zəhərlənmə faktları cüzi artıb. Bunu AZƏRTAC-a Respublika Toksikologiya Mərkəzindən bildiriblər. Mərkəzdən bildiriblər ki, dəm qazından zəhərlənmələr hər ilin qış mövsümündə qeydə alınır: “Bu cür zəhərlənmələr qış mövsümünə xarakterik bir situasiyadır. Çünki qışda qaza tələbat artır. Ondan düzgün istifadə edilmədikdə isə zəhərlənmələrlə nəticələnir”.
Mərkəzdən onu da bildiriblər ki, qış aylarından fərqli olaraq yay mövsümündə zəhərlənmələr əsasən qida məhsullarından baş verir: “Qışda dəm qazı, yayda isə qidalardan zəhərlənənlər Mərkəzə müraciət edir. Qidalardan ən çox göbələkdən zəhərlənirlər. Nəzərə alsaq ki, isti ayların gəlişi yaxınlaşır, indidən insanları yedikləri qidalarda diqqətli olmağa çağırırıq”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı statistikaya əsasən, 2015-ci ilin iki ayında (oktyabr-noyabr) 15 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta