Aşıq Azər Xanlaroğlunun səhhəti pisləşib.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Cavid Gül "Hər şey daxil” verilişində deyib. O, sənət adamlarına müraciət edərək, aşıq üçün yardım istəyib:

“Aşığın vəziyyəti yaxşı deyil. Bütün sənət adamlarından, imkanlı insanlardan xahiş edirik ki, ona kömək əli uzatsınlar. Kimin gücü nəyə çatırsa, ona yardım etsin".

Qeyd edək ki, o, Hepatet A və B-dən əziyyət çəkir. Ayağında fil xəstəliyi - kəskin şiş aşkarlanıb. Həmçinin onda sürətli piylənmə gedir.

Aparıcı imkanlı şəxslərə səsləndi:  "Aşığa yardım edin"