İlin son dəhşətli cinayəti

İlin son dəhşətli cinayəti
06:11 31 Dekabr 2014
112 Sosial
Ölkə mətbuatı
A- A+

Kanadada son dəhşətli cinayətlərindən biri baş verib.

ANS PRESS-in məlumatına görə, Kanadanın Edmonton şəhər sakini Albert 8 nəfəri öldürüb, daha sonra isə öz həyatına son qoyub.
Ötən gün şəhər polis rəisi Knext cinayətkarın əvvəlcə öldürdüyü bir qadını şəhərin cənub istiqamətində aparıb atdığını, evindən isə ikisi uşaq olmaqla, yeddi nəfərin meyitini aşkar etdiklərini söyləyib.

Polisin hadisə barəsində xəbər tutmasından sonra cinayətkar barədə televiziya və radiolarda axtarış elanları verilib. Bunu eşidən cinayətkar polisin əlindən qaça bilməyəcəyini başa düşüb və şəhərdə 40 kilometr uzaqlıqda yerləşən kafelərdən birində intihar edib.

Polis rəisi Knext hadisə barəsində qonşuların xəbər verdiyini, həmçinin cinayətkarın ağır depressiyadan əziyyət çəkdiyinin deyildiyini bildirib.

Həlak olanların adları hələlik açıqlanmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR