A+
A

Madrid, 4 fevral, AZƏRTAC
Mənzil qərargahı Barselonada yerləşən "Gas Natural Fenosa" şirkəti özünün 2013-2015-ci illərdəki fəaliyyətinə dair hesabatını təqdim edib. Hesabatda şirkətin uğurları sırasında Şahdəniz 2 layihəsində iştirakı da qeyd olunur.
Qazın topdansatış marketinqi sahəsində qazanılan uğurlar sırasında şirkət ABŞ-da 2, Rusiyada 1 layihə ilə yanaşı Azərbaycandakı Şahdəniz 2 layihəsində iştirak etdiyini və ümumilikdə 11 milyard avroluq müqavilələr imzaladığını bildirib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid