Mediada "Kösəm Sultan" serialının maliyyə böhranı ilə üzləşdiyi haqda xəbərlər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hətta texniki və yaradıcı heyətdə ixtisarlar da aparılıb.

Akrisalar Beren Saat və Hülya Avşar isə işdən çıxarılan insanlara rəğmən qonorarlarının azaldılmasına etiraz ediblər. Bununla bağlı serialı çəkən TİMS şirkəti açıqlama yayıb:

"Mətbuatda "dedi-qodulara görə..." ifadəsi ilə başlayan xəbərlərin hamısı əsassızdır. Bu və ya hər hansı səbəbdən çəkiliş şərtlərimiz, standartlarımız dəyişməyib. Çəkilişlərimiz eyni heyətlə davam etdirilir. Yayılan xəbərlərlə bağlı hüquqi araşdırma artıq başlayıb".