Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından "Report"a verilən məlumatda bildirilir ki, söhbət Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
Qanunvericiliyə əsasən söhbətin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
Eyni zamanda bildiririk ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi 16 və 18, tel: 493-30-91) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.