Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə görə, ona 3 il sınaq müddəti olmaqla 7 il müddətinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

A. Abbasov məhkəmə istintaqı zamanı zərərçəkənə dəymiş ziyanı ödəyib.

Qeyd edək ki, Abbas Abbasov Bakı şəhər sakininin 20 min manat dəyərində mal-qarasını sataraq, onun pulunu verməyərək dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.