A+
A–

Bişkek, 8 fevral, AZƏRTAC
Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin ekspert qruplarının birinci iclası keçirilib. İclasda bu ilin sentyabr ayında Qırğızıstanda keçiriləcək ikinci Köçəri Oyunlarına hazırlıq məsələləri və Nizamnamə layihəsi müzakirə olunub.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri, həmçinin TDƏŞ baş katibinin müavini Ömər Kocamanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Ekspert qrupları oyunlarda təmsil olunan idman növləri ilə bağlı geniş müzakirələr aparıb, 26 növ üzrə yarışların keçirilməsi haqqında qərar qəbul edilib.
Yarışlarda iştirak etmək üçün sənədlərin qəbulu və xarici qonaqların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Oyunların açılışı TDƏŞ-in Zirvə görüşü ilə eyni vaxta təsadüf etdiyindən mərasimə dövlət başçılarının qatılması da gözlənilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek