Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb.

Bizi Twitter-dən izləyin: @trend_az