Aşıq Əli "Qəribəm" adlı lirik mahnı ifa edib. Lent.az-a açıqlama verən aşıq bildirib ki, bəstənin musiqisi Hacı Nazimə, sözləri Aqşin Fatehə məxsusdur: “Aşıq olduğum üçün bu ifanı heç kim məndən gözləmirdi. Bu mahnı ancaq radio dalğalarında, saytlarda səsləndiriləcək. Yəni əlimə mikrofon alıb, efirdə oxumayacam. Estrada janrı olduğu üçün mənə yaraşmaz. Bunu aşıq olduğum üçün deyirəm. Tənqidlərdən qorxmuram, kimsə nəsə söyləsə fikir bildirəcəm. Amma aşıq sənətinə uyğun görmədiyim üçün belə bir qərar verdim".
Aşıq sənətindən söz salan Əli bunları deyib:
"Aşıq həm aktyor olmalı, həm rəqsi bacarmalı, həm də saz ifası gözəl olmalıdır. Dastançılıq üçün aktyorluq önəmlidir. Bunlardan biri kasad olanda, natamamlıq özün büruzə verir”.