İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu yanvarın 15-də keçiriləcək.
Milli.Az APA-ya istinadən bildiriri ki, bu barədə ötən gün İran Təhlükəsizlik Şurasının iclasından sonra parlamentin dövlət təhlükəsizliyi komitəsinin nümayəndəsi Hüseyn Nükuyi Hüseyni bildirib.
“İran XİN rəhbəri Cavad Zərif İranın yanvarın 15-də xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək danışıqların yeni raunduna hazır olduğunu təsdiq edir”, deyə Hüseyni bildirib.
Milli.Az