İki komanda arasındakı 1/4 final matçı 5:2 hesabı ilə nəticələnib. Bununla da Qazaxıstan yarımfinal mərhələsinə axırıncı vəsiqəyə sahib çıxıb. Bu komandanın növbəti rəqibi İspaniya olacaq. Digər yarımfinal matçında isə Rusiya ilə İspaniya üz-üzə gələcək. Oyunlar fevralın 11-də keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan yığması bu qələbə ilə Azərbaycan yığmasının bacarmadığı iki vəzifənin öhdəsindən gəlib. Millimiz qrup mərhələsində məhz İtaliyaya uduzub - 0:3. 1/4 finalda isə Faustino Peresin komandası Rusiyaya 2:6 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.