“Report” Azpromo-ya istinadən bildirir ki, sözügedən sərgi aprelin 20-23-də təşkil olunacaq. Bununla yanaşı, Macarıstan şirkətlərinin Azərbaycanın iş adamlarına əməkdaşlıq təklifləri var.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka və şirkətlərlə əməkdaşlığa dəvətlidirlər.
Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.