A–
Bakı, 11 fevral, Nihad Budaqov, AZƏRTAC
Neft və dəniz daşımaları sahələrində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın “Maersk” holdinqi 2015-ci ilin son üç aylıq dövründə 2,5 milyard dollar zərər etdiyini açıqlayıb.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, şirkət öz sərmayəçilərini builki xalis gəlirinin ucuzlaşan neft qiymətləri və azalan konteyner daşımaları ödənişləri ilə əlaqədar 2015-ci ildə 3,1 milyard dollardan az olacağı barədə xəbərdarlıq edib.
“Maersk”in baş direktoru Nils Smedeqard Andersen deyib: “Hazırda şirkətin ən böyük problemi neft qiymətinin ucuzlaşmasıdır”.
Qeyd edək ki, “Maersk” törəmə şirkəti olan “Maersk Line” ilə gəmiçilik üzrə dünyanın ən böyük holdinqi sayılır.