Bloomberg: "Qazprom" növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmayacaq"
Paylaş
50 baxış·1 dəq oxu
Bakı. 12 fevral. REPORT.AZ/ "Qazprom" şirkəti növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmaq niyyətində deyil". "Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu məlumatı "Bloomberg" agentliyi "Gazpromu"daki mənbələrə istinadən yayıb. Hazırda Rusiya Ukraynanın qaza olan tələbatının 41 faizini təmin edir. Ötən il Kiyevin "Gazprom"dan aldığı qazın həcmi 6.1 mlrd. kubmetr təşkil edib. "Qazprom" və "Naftoqaz Ukrayna" şirkətlərində bu məlumatı şərh etməyiblər.