A–
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatından (AGAT) AZƏRTAC-a bildiriblər ki, futbol turnirinin məqsədi gənclər arasında sülh və bəşəri dəyərləri təbliğ etmək, sülh quruculuğu və mədəniyyətini gənclər arasında diqqət mərkəzində saxlamaqdır.
Layihə rəhbəri Orxan Rəhimzadə və AGAT-ın sədri Nərgiz Xələf tədbirdə çıxış edərək, layihənin mahiyyəti barədə məlumat veriblər.
Tədbirdə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov layihə ilə bağlı fikirlərini bölüşüb, gənclərə uğurlar arzulayıb.
Sonra layihə çərçivəsində keçirilən futbol turnirinin qalibləri müəyyən olunub.
Xocasən idman məktəbi I, Suraxanı idman məktəbi II, İOKİM idman məktəbi III yeri əldə edib.
Sonda məktəblilər və Q.Qurbanov arasında maraqlı diskussiya keçirilib.

