Bu gün Topaz Premyer Liqasında XXI tura start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda AZAL "İnter"i qəbul edəcək. Bakı klublarının oyunu saat 14.30-da başlayacaq. Görüşü Elvin Əsgərov idarə edəcək. Komandalar arasında cari mövsümdə baş tutan hər iki oyunda "İnter" qələbə qazanıb - 1:0, 2:0.
AZAL-ın Premyer Liqadakı üç uğurlu seriyası ötən tur Gəncədə qırılıb. “Kəpəz”ə 0:2 hesabı ilə uduzan paytaxt təmsilçisinin qələbə (ardıcıl 4 qələbə), məğlubiyyətsiz (6 oyun) və quru (6 oyunda qol buraxmayıb) oyunlar seriyaları başa çatıb. "İnter" isə bu il keçirdiyi hər iki oyunda uduzub. "Bankirlər" Premyer Liqada son qələbəsini ötən ilin 20 dekabrında "Xəzər Lənkəran" üzərində qazanıb.
Tur "Böyük oyun"la əlamətdar olacaq. "Neftçi" və "Xəzər Lənkəran" cari mövsümün üçüncü oyununu "Bakcell Arena"da keçirəcək. Saat 17.00-da start götürəcək matçı Rəhim Həsənov idarə edəcək. Komandalar arasında bu mövsüm baş tutan ilk oyun 1:1 hesabı ilə başa çatıb, ikinci görüşdə "Neftçi" qələbə qazanıb.
"Xəzər Lənkəran" son 9 Premyer Liqa matçında qələbəyə həsrət qalıb. Lənkəranlılar sonuncu dəfə ötən ilin 2 noyabrında "Rəvan"ı udub. "Neftçi" isə son turda "Rəvan"la "sülh" bağlayıb.
Bu "Neftçi" və "Xəzər Lənkəran" arasında Premyer Liqadakı 36-cı oyun olacaq. Əzəli rəqiblərin qarşılaşmaları daha çox heç-heçələrlə zəngin olub - 15 oyun. "Nefçi" 13 qələbə qazanıbsa, "Xəzər Lənkəran" 7 dəfə 3 xala sevinib. Top fərqində də "ağ-qaralar"ın üstünlüyü var - 39:29. “Neftçi” 10 oyundu ki, əzəli rəqibinə uduzmur. Paytaxt klubu son 9 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 13 səfər matçında qalib gələ bilməyib.
Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar ertəsi baş tutacaq.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXI tur
13 fevral
AZAL - İnter
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
"AZAL Arena". Saat 14.30.
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bakcell Arena”. Saat 17.00.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
20 |
12 |
5 |
3 |
31-13 |
41 |
|
|
2 |
Zirə |
20 |
9 |
8 |
3 |
20-14 |
35 |
|
|
3 |
Kəpəz |
20 |
8 |
8 |
4 |
24-17 |
32 |
|
|
4 |
Qəbələ |
20 |
8 |
7 |
5 |
25-16 |
31 |
|
|
5 |
İnter |
20 |
8 |
6 |
6 |
19-15 |
30 |
|
|
6 |
Neftçi |
20 |
7 |
7 |
6 |
21-19 |
28 |
|
|
7 |
AZAL |
20 |
7 |
4 |
9 |
12-19 |
25 |
|
|
8 |
Sumqayıt |
20 |
3 |
9 |
8 |
23-31 |
18 |
|
|
9 |
Xəzər Lənkəran |
20 |
3 |
4 |
13 |
10-27 |
13 |
|
|
10 |
Rəvan |
20 |
2 |
8 |
10 |
13-27 |
8 |
|
|
Bombardirlər |
Riçard Almeyda (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. |
|||||||
Fanat.az