"Muğanbank" ASC-nin ADİF tərəfindən "Texnika Bank" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilmişdir.

"Texnika Bank" ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən "Muğanbank" ASC-nin agent bank seçilmişdir. Kompensasiya 15.01.2016 tarixindən ödəniləcək. Kompensasiya ödənişləri "Muğanbank" ASC-nin Bakı şəhəri üzrə 3 filialında, Abşeron rayonunda yerləşən 1 filialı, Sumqayıt şəhərində yeləşən 1 filialı və regionlarda yerləşən 2 filialında həyata keçiriləcəkdir. https://www.muganbank.az/press/news/6851.htm

Qeyd edək ki, "Muğanbank" ASC 2012-ci ildə lisenziyası ləğv olunmuş "Royal Bank" ASC-nin, yanvar 2016-ci ildə isə "Bank of Azerbaijan" əmanətçilərinə də qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirmişdir və bu sahədə müvafiq təcrübəyə malikdir.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.