Əvvəlki illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0% və 34,8%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7% artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2%-ni tranzit yüklər təşkil edib.
Hesabat ilində dəhliz vasitəsilə 331,1 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 6 628,5 mln. sərnişin/km olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8%, sərnişin dövriyyəsi isə 7,5% artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.