"Report"un məlumatına görə, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.
İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.
Bir nəfər üçün biletin qiyməti 27 manatdır.
Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.