A+
A–

Bakı, 16 fevral, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevral ayının 25-də saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonları sakinlərinin müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in “168-qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına (telefonlar: 050-332-42-01, 055-455-36-03) müraciət etmələri xahiş olunur.