"Mançester Yunayted"in eks futbolçusu Nikki Batt doğma klubunun akademiyasına rəhbərlik edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pro kateqoriyalı məşqçilik lisenziyası olan 41 yaşlı mütəxəssis əsas komanda üçün istedadlı futbolçuların yetişdirilməsi ilə məşğul olacaq.
"Şadam ki, Nikki bu vəzifəni qəbul etdi. Klubun ənənələri və irsi onun qanındadır. Akademiya tamamilə ona fokuslanıb ki, əsas komanda üçün gənc futbolçular hazırlasın. Nikki işimizi irəli aparmaq üçün enerji və təcrübə gətirəcək", - klubun vitse-prezidenti Ed Vudvard deyib.
Batt "qırmızı şeytanlar"ın məşhur "92-ci il buraxılışına" aiddir. O, 1992-2004-cü illərdə 387 dəfə "Yunayted" forması ilə meydana çıxıb. Bu müddətdə 6 Premyer Liqa çempionluğu, 3 İngiltərə Kuboku, Çempionlar Kuboku və Klublararası Dünya Çempionatının Kubokunu qazanıb.
Milli.Az