Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində M.Tembonun Azərbaycanın baş naziri Artur Rasizadə və hökumətin iqtisadi blokunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.
Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci ilin oktyabrın 1-dən işə başlayıb. O, bu postda 2012-ci ildən sözügedən vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edəcək.