A+
A

Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müşavirə keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın və “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 19 yanvar 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı təşkil edilib.
Müşavirədə sərəncamların icrası ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə tapşırıqlarını verilib.
Eyni zamanda Əbülfəs Qarayev daşınmaz tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması və istifadəsi ilə bağlı gənc azərbaycanlı mütəxəssislərin hazırlanması məqsədilə italiyalı mütəxəssislərlə əməkdaşlıq edilməsi barədə tapşırıqlar verib.
azertag.az: Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı mütəxəssislər hazırlanacaq