A–
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” adlı yeni broşürlərin təqdimati keçiriləcək.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitabçalar qurumun layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.
Qeyd edək ki, fevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti baş tutacaqdır.
azertag.az: “Azərbaycan bəstəkarları və musiqişünasları” yeni broşürlərin təqdimati keçiriləcək