Müğənni Hülya Avşarın keçmiş əri Qaya Çilingiroğlu ötən gün qızı Zəhra ilə obyektivlərə tuş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, getdikləri məkandan çıxarkən paparassilərin hədəfində olan ata – qız birlikdə şəkil çəkdirib.

Qaya Zəhranı göstərərək “Bu da mənim sevgilimdir” deyib. Q.Çilingiroğlu qızının Londonda məktəblərin birinə qəbul olduğunu bildirib.