Bakıda qadının mənzilinə basqın edən şəxs oradan 18 min manat pul aparıb
Paylaş
·59 baxış·1 dəq oxu
Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda qadının mənzilinə basqın olub. “Report” xəbər verir ki, C.Naxçıvanski küçəsi ev 80-də yaşayan 1969-cu il təvəllüdlü İlhamə Naziminin mənzilinə daxil olan naməlum şəxs onu bıçaqla hədələyərək əl-qolunu yapışqanlı lentlə bağlayıb. Naməlum şəxs mənzildəki 18 min manat pulu, İ.Naziminin boynundaki brilliant qaşlı qızıl zənciri götürərək hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.