A–
Tokio, 21 fevral, AZƏRTAC
Sakit okeanın Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Ficinin paytaxtı Suva şəhərindən 476 kilometr cənub-şərqdə, ocağı isə 579 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb. Əsas təkanın ardınca afterşoklar dalğası qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib