Azərbaycan prezidenti Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib

18:17 31 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 18:13 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR