Ordunun əsas su hövzələrinə nəzarəti ələ keçirməsinə baxmayaraq, Hindistan paytaxtında 10 milyondan çox insan susuz qalıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Dehlinin su idarəsinin rəhbəri Keşav Çandra BBC-yə bildirib ki, susuzluqdan əziyyət çəkən ərazilərin normal su ilə təminatı "üç və ya dörd gün" çəkə bilər.

Daha çox dövlət işi tələbi ilə etiraz edən Jat icması şəhərin əsas su təchizatı olan Munak kanalını ələ keçirib.

Etirazçılar bir neçə əsas yolları bağlayıblar.

Üç gün davam etmiş iğtişaşlar zamanı 16 nəfər həlak olub və yüzlərlə insan yaralanıb.

Cənab Çandra bildirib ki, şəhərin sudan əziyyət çəkən hissələrinə su tankerləri göndərilib, lakin bu, çatışmazlığı aradan qaldırmaq üçün yetərli deyil.

Etirazlardan sonra şəhərdəki məktəblər də bağlanıb.

Ordu bazar ertəsi kanalın bəzi hissələrinə nəzarəti ələ keçirsə də, təmirlərin vaxt aparacağı gözlənilir.

Milli.Az