Rusiyanın Krımı işğal etməsindən öncə Ukraynada keçirilən bir toplantının sensasion detalları üzə çıxıb.
Milli.Az avropa.info-ya istinadən bildirir ki, Ukrayna mətbuatında nəşr olunan, gizli təhlükəsizlik toplantısının protokolları ölkəni qarşıdırıb.
Hesabatda bildirilir ki, Rusiyanın Krımı işğal etməsindən öncə Ukraynanın hökumət və dövlət adamlarının iştirakı ilə toplantı keçirilib. Toplantıda Ukrayna prezidentinin müşaviri Aleksandr Turçinov, baş nazir Arseniy Yatsenyuk, dövrün müdafiə naziri İqor Tenyuh, daxili işlər naziri Arsen Avakov, eks baş nazir Yuliya Timoşenko və sairə şəxslər iştirak ediblər.
Rusiyanın Krıma müdaxiləsinə görüləcək tədbirlərin müzakirə olunduğu yığıncaqda yalnız Aleksandr Turçinovun Krımın hərbi şəkildə müdafiə olunmasına səs verdiyi, digərlərinin isə buna qarşı çıxdığı aşkarlanıb.
Hesabatda Krımın hərbi yolla müdafiə edilməsinə qarşı ən sərt şəkildə dövrün müdafiə naziri İqor Tenyuhun qarşı çıxdığı məlum olub. Tenyuh bunu Ukrayna ordusunun yalnız 5 min döyüşə yararlı əsgərinin olması ilə əlaqələndirib.
Gizli toplantının protokolunun yayılmasından sonra ölkə qarşıb. Yığıncaqda iştirak edənlərdən keçmiş baş nazir Timoşenko toplatının protokolunun mətbuatda yayılmasını cinayət adlandırıb. Timoşenko bu addımın arxasında prezident administrasiyasının durduğunu və bəzi siyasətçilərdən qisas almağa hesablandığını deyib. Dövrün SBU (Ukrayna daxili kəşfiyyat və təhlükəsizlik təşkilatı) sədri Valentin Nalivayçenko isə o dövrdə Krımda Ukraynanın varlığını müdafiə edən qüvvə olmadığını bildirərək özünü təmizə çıxarmağa çalışıb.
Milli.Az