A+
A–

Bakı, 25 fevral, AZƏRTAC
Tovuz rayonunun Hacıhəsənli kəndinə təbii qazın verilişi bərpa edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 116 abonent olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 min 547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AZERTAG.AZ :Tovuzun Hacıhəsənli kəndinə təbii qazın verilişi bərpa edilib