Sənət aləminin tanınmış simaları bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın yaşadığı binanın qarşısına toplaşıb.
Axşam.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, müğənninin evinə heç kim buraxılmır.
Əməkdar artist Firuzə İbadova, aparıcılar Elgiz Əkbər, Lamiyə Ələkbərova hadisə yerindədir.






