Bakı, 16 fevral, AzərTAc
Şəkidə və Qəbələdə südlük maldarlıq üzrə iki heyvandarlıq təsərrüfatı “qaramal yetişdirən damazlıq təsərrüfatı” fəaliyyət növünə daxil edilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ötən il respublikada damazlıq heyvandarlıq təsərrüfatlarının fəaliyyət növünün müəyyən edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində attestasiya komissiyası yaradılıb. Komissiyanın qərarı ilə Şəki və Qəbələdəki heyvandarlıq təsərrüfatları qaramal yetişdirən damazlıq təsərrüfatı kimi qeydiyyata götürülüb. Onlara qaramal yetişdirən damazlıq təsərrüfatı kimi fəaliyyət göstərmək hüququ verən müvafiq şəhadətnamə təqdim olunub.