25 fevral 2016 - İlhamə Quliyeva vəfat edib
Xalq artisti, estrada səhnəsinin “primadonnası” İlhamə Quliyevanın vəfatı gündəmin əsas xəbərlərindən biri olub. Hadisə mərhumun vəsiyyətini də gündəmə gətirib.
İlhamə Quliyevanın vəsiyyəti - Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, İlhamə Quliyeva bir müddət öncə ATV-nin “Onlar” verilişində bildirmişdi ki, o, öləndə torpağa qoyulmağını istəmir:
”Mən istəmirəm ki, öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də “krujeva"larla bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram”.
İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib. İndi yaxınlarının mərhumun vəsiyyətinə əməl edib-etməyəcəkləri bilinmir.
Bu gün səhər saatlarında İlhamə Quliyeva dünyasını dəyişib.