Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, fevralın 4-də Vüsalə Quliyevaya məxsus içərisində 153 manat, 900 ABŞ dolları, mobil telefon və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə alıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Ceyhun Seyfullayev tutulub.

Milli.Az