"Report" xəbər ki, bu fikirləri Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu yaxınlarda Dubayda keçirilən MDB ölkələrinin Biznes Forumunda müzakirə edilən məsələr barədə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, İslam bankçılığı layihəsinin ümumi parametrləri nəzərə alınıb: "Düşünürük ki, İslam İnkişaf Bankı və bu sahədə təcrübəsi olan mütəxəssisləri cəlb etməklə onun Azərbaycanda prinsiplərini, tətbiq etmək imkanlarını araşdıraraq bu istiqamətdə addımlar ata bilərik".