İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının vəsiyyətindən danışıb.

Lent.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, bu işlərlə ailələrinin vəkili məşğul olur: “Bütün vəsiyyətnamələr, hüquqlar ondadır. Hər şeylə o məşğul olacaq. Biz həmişə axşam saat 12-də danışırdıq. Ölümündən bir gün əvvəl isə gecə 11-də bizi yığmışdı”.

Orxan aparıcı Elgiz Əkbərin İlhamə Quliyevanın mirasını əsgərlərə vəsiyyət etdiyi barədə dediklərinə də münasibət bildirib. Xalq artistinin oğlu deyib ki, belə bir şeyi ilk eşidir.