A–
Tokio, 28 fevral, AZƏRTAC
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tərkibinə daxil olan on dövlətin xarici iş nazirləri Cənubi Çin dənizində Çinin hərbi fəallığının artması ilə bağlı ciddi narazılıqlarını bildiriblər.
NHK televiziya kanalının yaydığı məlumata görə, bu barədə ASEAN ölkələri nazirlərinin fevralın 27-də Laosun paytaxtı Vyentyanda keçirilən qeyri-rəsmi görüşündə danışılıb. İclas sədrinin görüşdən sonra dərc edilən bəyənatında Cənubi Çin dənizində hadisələrin inkişafının kəskin narahatlıq doğurduğu və Çinin hərbi xarakterli addımlarına qarşı xəbərdarlıq əksini tapıb.
Görüşün iştirakçıları Cənubi Çin dənizi akvatoriyasında gəmilərin və region üzərində təyyarələrin azad hərəkətinin təmin edilməsinin zəririliyini və bu məsələnin tənzimlənməsi üçün Çinlə birlikdə hüquqi bazanın yaradılmasının vacibliyini təsdiq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :ASEAN ölkələri Cənubi Çin dənizində gərginliyin artmasından narahatdır