Tanınmış teleaparıcı Elgiz Əkbər "Günə Baxan" verilişinə qayıdıb. ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl məzuniyyətə çıxan aparıcı bu gün efirə çıxıb. Onun olmadığı zaman ərzində isə aparıcını ANS TV-də yayımlanan “Ağıl Dəryası”nın aparıcısı Murad Əzimzadə əvəz edib.
Elgiz getdi, Murad gəldi (FOTO)
Əlavə edək ki, ötən ay Elgiz Əkbər efir vasitəsilə məzuniyyətə çıxdığını açıqlamışdı. O, bunu ailəsində baş verəcək xoşbəxt hadisə - övladı olması ilə əlaqələndirmişdi. “Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”.
Adıçəkilən veriliş həftənin 6 günü, hər səhər saat 10.00-dan 12.00-a qədər yayımlanır. Proqramın məqsədi maarifləndirmək, düşündürmək, milli-mənəvi, əxlaqi dəyərləri təbliğ etməkdir.
Elgiz Əkbərin fevralın 1-də qızı olub. Aparıcı qızını Lalə adlandırıb. Elgiz Əkbər ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının toyu media üçün qapalı keçib.