A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi QHT-lərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Lənkəran şəhərində “Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu” adlı tədbir keçirəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir martın 1-də ətraf rayonlarda fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə Lənkəran şəhərində təşkil olunacaq. Sözügedən tədbirdə respublikamızın 6 rayonunu (Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) təmsil edən təqribən 100-ə qədər QHT nümayəndəsinin və mədəniyyət işçilərinin iştirakı nəzərdə tutulur.
Zona görüşləri milli mədəniyyətimizin inkişafı və təbliği prosesinə regionlarda fəaliyyət göstərən QHT-lərin potensialından faydalanması üçün lazımi şərait yaradacaqdır.

AZERTAG.AZ :Cənub regionunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə görüş keçiriləcək