Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. Fanat.az xəbər verir ki, qaliblərin iki oyunun nəticəsinə görə müəyyənləşəcəyi mərhələnin ilk matçları bir gündə baş tutacaq.

1/4 finala "Böyük oyun"la start veriləcək. "Xəzər Lənkəran"la "Neftçi"nin qarşılaşması Lənkəranda baş tutacaq və FIFA referisi Əliyar Ağayev idarə edəcək. Komandalar bu mövsüm Premyer Liqada üç dəfə qarşılaşıb. İki matçda "Neftçi" qələbə qazanıb (2:0, 1:0) və bir görüş "sülh"lə (1:1) başa çatıb.

Günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Saat 17.00-da başlayacaq görüşdə ədaləti Orxan Məmmədov qoruyacaq. Komandalar cari mövsümdə iki dəfə qalib gəlib. Maraqlıdı ki, son çempion və hazırkı lider hələ bu rəqibə qalib gələ bilməyib. İlk oyunda "Sumqayıt" qələbə qazanıb (1:0), ikinci matç "sülh"lə bitib (2:2).

Bundan bir saat sonra "Zirə" - "Qəbələ" görüşü start götürəcək. Oyunu FIFA referisi Rəhim Həsənov idarə edəcək. Premyer Liqada medallar uğrunda mübarizə aparan və turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşan komandalar bundan əvvəl iki dəfə üz-üzə gəlib və "Qəbələ" qələbəyə həsrət qalıb. Oyunlardan birində "Zirə" qələbə qazanıb (1:0), digəri heç-heçə ilə (0:0) yekunlaşıb.

Mərhələnin ilk oyunlarına "Rəvan" "İnter" görüşü ilə yekun vurulacaq. Premyer Liqada medallar uğrunda mübarizə aparan "bankirlər"in autsayderlə görüşündə ədaləti Ramil Diniyev qoruyacaq. "İnter" bu mövsüm Premyer Liqadakı hər iki oyununda "Rəvan"a eyni hesabla qalib gəlib - 2:0.

Qeyd edək ki, mərhələnin cavab oyunları martın 9-da keçiriləcək.

Azərbaycan Kuboku
2015/16 mövsümü
1/4 final (ilk oyunlar)

2 mart
14.00 Xəzər Lənkəran - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17.00 Qarabağ - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
“Azərsun Arena”.

18.00 Zirə - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.

19.00 Rəvan - İnter
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bayıl Arena”.

Fanat.az