Hazırda İşveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan "Swish" mobil ödəniş texnologiyasının tətbiqi üzərində müzakirələr aparılır və bu innovasiyanın müştərilərə verə biləcəyi imkanlar nəzərdən keçirilir. "Swish" İsveçdə 2012-ci ildən uğurla tətbiq olunur və hazırda bu mobil ödəniş texnologiyasının aktiv istifadəçilərinin sayı 4 mln. nəfəri keçib.
Bu mobil ödəniş çözümü, həm müştərilər arasında bir-birinə vəsait köçürmək imkanı həm də müştəri tərəfindən ticarət obyektinə və ya fərdi satıcıya bir neçə saniyə ərzində ödəniş etmək imkanını verir. Bunun üçün smartphone, bankda hesab və öz adınıza olan mobil nömrəsinin olması yetərlidir. Ödənişlər mobil və ya WiFi internet olan istənilən yerdən həyata keçirilə bilər. Bu applikasiya vasitəsilə, istər ölkənin hər hansı ucqar nöqtəsindən, istərsə də xaricdən ödənişlər etmək çox asandır. Eyni zamanda bu texnologiya elektron və mobil kommersiya ödənişlərini də dəstəkləyir.
ABA-nın nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupunun üzvü Pəri Seyidova bildirib ki, hazırda bu yexnologiyanın yerli bazara uyğunluğu imkanları və müvafiq texniki məsələlər müzakirə olunur.