A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Səhiyyə Nazirliyində “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əmrdə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə rayon səviyyəsində peyvəndlərlə əhatə səviyyəsinin yüksək dərəcədə saxlanılması, əhali qrupları arasında peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması, eləcə də əhali arasında maarifləndirmə işinin aparılması kimi tədbirlərin icrası nəzərdə tutulub. Həmçinin profilaktik peyvənd təqvimində poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə əhatənin vaxtında və tam dolğun olunmasını təmin etmək məqsədi ilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması tədbirləri də həyata keçiriləcək.
AZERTAG.AZ :Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər gücləndirilir