A–
Bakı, 3 mart, Ramiz Quliyev, AZƏRTAC
İtaliyanın Vergi İdarəsi ilə ölkənin Milli Futbol Federasiyası arasında vergi protokolu imzalanıb.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, İlk dəfə 2008-ci ildə imzalanmış sazişin müddəti daha bir il - 2017-ci il fevralın 28-nə qədər uzadılıb. Hər iki tərəf klubların öz vergi öhdəliklərini yerinə yetirib-yetirmədiyini təsdiq etmək üçün vergi orqanlarına zəruri olan informasiyaları açıq şəkildə mübadilə etməyə razılaşıb.
Sazişdə vergilərlə əlaqədar informasiya sirrinə təminat yaratmaq üçün məxfilik haqqında müddəa da var.
İtaliya Milli Futbol Federasiyası agentliyə gəlirlər üzrə peşəkar futbol klublarının korporativ detallarının siyahısını, eləcə də klubların ƏDV ödənişləri kodlarını verəcək.
Daha sonra agentlik 2016-cı il iyunun sonunda federal və regional mənfəət vergisi və ƏDV, həmçinin 2014-cü il dekabrın 31-də başa çatmış vergi ili üzrə oyunçuların fərdi gəlir vergisi üzrə illik qiymətləndirmənin nəticələrini federasiyaya təqdim edəcək.
AZERTAG.AZ :Vergi idarəsi futbol federasiyası ilə əməkdaşlığa dair sazişin müddətini uzadıb
