A+
A–

Bakı, 4 mart, AZƏRTAC
Yaponiyanın “QD Laser” şirkəti təsviri skan edərək onu birbaşa gözün torlu qişasına proyeksiya edən eynək prototipi hazırlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, point.md/ru saytının məlumatına görə, şirkətin mühəndislərinin Tokio Universitetinin əməkdaşları ilə birgə hazırladıqları “torlu qişanın lazer skanı” adlanan innovativ texnologiya skan zamanı əldə olunmuş təsviri gözün torlu qişasına proyeksiya etməklə zəif görmə qabiliyyətli insanları göz əzələlərinin gərginliyindən xilas edəcək.
Hazırda “QD Laser” şirkəti Əczaçılıq Preparatları və Tibbi Qurğular Agentliyi ilə məsləhətlər aparır. Bu ixtiranın əlavə edilmiş reallıq texnologiyasına malik tibbi qurğu kimi istehsalı məsələsi müzakirə olunur.
Əlavə edilmiş reallıq texnologiyasından istifadə edən kompyuter qurğuları real vaxt rejimində vizual təsviri qəbul olunan obyektlər barədə virtual məlumatlarla tamamlanır. Əlavə edilmiş reallıq texnologiyası tibb, hərbi texnika, kompyuter oyunları və mobil texnologiyalarda geniş tətbiq edilir.
AZERTAG.AZ :Yapon mühəndisləri zəif görənlər üçün yeni eynək hazırlayıblar