A–
Bakı, 4 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən “Solfecio” adlı dərsliyin bədii və texniki redaktoru Abdulla Ələkbərovdur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dərsliyin hazırlanmasında əsas məqsəd musiqi sənətinin incəliklərini öyrətməkdir. “Solfecio” dərsliyi şagirdlərin notlar və yeni musiqilərlə tanış olması üçün nəzərdə tutulub. Kitabın birinci hissəsi I-V siniflər üçün dərs vəsaiti kimi ərsəyə gətirilib.
“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaq.
AZERTAG.AZ :Musiqi sənətinin incəliklərindən bəhs edən dərslik çap olunub