A+
A–

Roma, 5 mart, AZƏRTAC
İtaliyanın və Serbiyanın aparıcı informasiya agentlikləri, xəbər portalları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynamasından bəhs edən yazılar yaymaqdadır. Bu kontekstdə “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçirilmiş nazirlərin ikinci toplantısına geniş yer verilib.
Yazılarda tədbir haqqında ətraflı məlumatlar verilir, səslənən fikirlər, müzakirə olunan məqamlar və toplantının nəticələri təhlil olunur. Vurğulanır ki, Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında mühüm layihə olan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında və mənbələrin şaxələndirilməsində açar layihədir. Bu baxımdan layihə Avropa İttifaqının (Aİ) tam dəstəyini alıb. “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçirilmiş nazirlərin ikinci toplantısı zamanı əldə olunan nəticələr bunu deməyə əsas verir. Tədbirin Birgə Bəyannaməsində qeyd olunan məqamlar layihənin tezliklə həyata keçirilməsi üçün iştirakçılara arasında müsbət əhval-ruhiyyənin olduğunu göstərir.
Yazılarda Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerininin fikirlərinə də yer verilib. O, “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi strategiyasının və enerji diplomatiyasının önəmli elementi, həmçinin qitənin xarici siyasətinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, müvafiq layihə enerjinin şaxələndirilməsindən, Aİ-nin enerji təhlükəsizliyindən daha böyük anlam kəsb edir. Bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşdirilməsindən ibarətdir.
Məqalələrdə “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP boru kəməri layihəsinin artıq reallığa çevrildiyi və zəruri tədbirlərin həyata keçirilməsi üçün daha konkret addımların atıldığı diqqətə çatdırılır. Vurğulanır ki, Bakıda keçirilmiş tədbir müvafiq istiqamətdə işlərin yekunlaşdırılmasında önəmli addımdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
AZERTAG.AZ :İtaliya və Serbiya mətbuatı “Cənub” qaz dəhlizi layihəsinin Avropa üçün önəmindən yazır
İtaliya və Serbiya mətbuatı “Cənub” qaz dəhlizi layihəsinin Avropa üçün önəmindən yazır
İtaliya və Serbiya mətbuatı “Cənub” qaz dəhlizi layihəsinin Avropa üçün önəmindən yazır
İtaliya və Serbiya mətbuatı “Cənub” qaz dəhlizi layihəsinin Avropa üçün önəmindən yazır